Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Albaniyanın keçmiş baş naziri ev dustaqlığına məhkum edilib

Tarix: 30-12-2023 22:22     Baxış: 3151 A- / A+
Albaniyanın keçmiş baş naziri ev dustaqlığına məhkum edilib
Albaniyada məhkəmə korrupsiyada təqsirli bilinən ölkənin keçmiş baş naziri Sali Berişa barəsində ev dustaqlığı qərarı çıxarıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Yüksək rütbəli məmurların və siyasətçilərin işlərinə baxan Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq üzrə Xüsusi İnstansiya Məhkəməsi əvvəlki məhdudlaşdırıcı tədbirləri pozduğuna görə 79 yaşlı Berişanın ev dustaqlığına məhkum edilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib. Onun xaricə çıxışı da qadağan edilib.

Sabiq baş nazirin vəkili Genc Gökutay bildirib ki, məhkəmə Berişanın ailəsindən başqa insanlarla ünsiyyətini də qadağan edib. Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Xatırladaq ki, ötən həftə Albaniya parlamenti Berişanın hüquqi toxunulmazlığının ləğvinə qərar verib. Berişaya sadiq deputatlar sessiyanı pozmağa çalışıb və səsverməni boykot ediblər.

Berişanın ünsiyyətdən məhrum edilməsi əslində daha böyük siyasi problemə çevrilə bilər. Çünki o, ölkənin əsas müxalifət partiyası sayılan Albaniya Demokratik Partiyasının lideridir.

Qeyd edək ki, oktyabr ayında prokurorluq Berişa barəsində kürəkəni Camarber Maltesiyə 17 çoxmənzilli bina tikmək üçün dövlət torpaqlarının özəlləşdirilməsinə yardım etmək üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi iddiası ilə cinayət işi açıb. Prokurorluq hələ məhkəmədə rəsmi ittiham irəli sürməyib və Berişa formal olaraq hələ də istintaq altındadır. moderator.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar