Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ən zəngin 500 adamın sərvəti 1,5 trilyon artdı

Tarix: 30-12-2023 08:59     Baxış: 3161 A- / A+
Planetin ən zəngin 500 adamının ümumi sərvəti 2023-cü ildə 1,5 trilyon dollar artıb.
Manevr.az xəbər verir ki, reytinqdə birinci yeri yenidən amerikalı milyarder İlon Mask tutub. “Tesla Inc” şirkətinin rəhbərinin xalis sərvəti bu il 95,4 milyard dollar artaraq 232,393 milyard dollara çatıb. Buna şirkətin səhmlərinin dəyərinin 105% (iki dəfədən çox) artması birbaşa təsir edib.
Nəticədə o, keçən il reytinqdə birinci olmuş fransalı milyarder Bernar Arnonu geridə qoyub. Arno dünyanın ən böyük lüks mallar istehsalçısı “LVMH Moet Hennessy Louis Vuitton SA” şirkətinə rəhbərlik və nəzarət edir. Qlobal iqtisadiyyatda ümumi tənəzzül və dəbdəbəli mallara tələbatın azalması LVMH səhmlərinin dəyərinin artımını məhdudlaşdırıb, şirkətin səhmləri bu il 8,4% bahalaşa bilib.
Hazırda Maskın sərvəti Arnonunkunu (178,979 milyard dollar) 50 milyard dollardan çox üstələyir.
“Amazon.com Inc”nin təsisçisi. Ceff Bezos bu il sərvətinə 70 milyard dollar əlavə edərək, onu təxminən Arnanun sərvətinə bərabər hala gətirib.
“Maykrosoft” korporasiyasının təsisçisi Bill Qeytsin sərvəti 2023-cü ildə 140,511 milyard dollara qədər artıb. “Maykrosoft”un keçmiş baş direktoru Stiv Balmerin sərvəti isə 130,529 milyard dollara bərabər olub. Qeyts və Balmer “Blumberq Billionaires” reytinqində ilk beşliyi tamamlayıb."Report"

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar