Xəbər lenti
Nəvaz Şərif yenidən baş nazir olmaq istəyir

Pakistanda Müsəlman Liqası-Nəvaz (PML-N) partiyasının lideri və keçmiş baş nazir Nəvaz Şərif gələn il keçiriləcək seçkilərdə yenidən baş nazir olmaq niyyətində olduğunu bildirib.
Manevr.az xəbər verir ki, yekdil qərara uyğun olaraq, PML-N partiyası partiya lideri Şərifin 2024-cü ildə keçiriləcək ümumi seçkilərdə dördüncü müddətə baş nazirliyə namizəd olacağını açıqlayıb.
Qeyd edək ki, Şərif 1990-1993, 1997-1999 və 2013-2017-ci illərdə ümumilikdə üç dəfə Pakistanın baş naziri olub.
İddia çərçivəsində ictimaiyyət arasında Avenfield kimi tanınan Şərif və ailəsi korrupsiyadan əldə etdikləri pullarla Londonda dəbdəbəli mənzillər almaqda ittiham olunurdu.
2018-ci ilin iyulunda yekunlaşan işdə Şərif 10 il müddətinə azadlıqdan məhrum edilsə də, 2 ay sonra ədalətli mühakimə olunmadığı və sübutların yetərli olmadığı əsas gətirilərək yenidən mühakimə olunmaq üçün sərbəst buraxılıb.
Bu qərardan sonra Şərif 2019-cu ilin noyabr ayında müalicə üçün İngiltərəyə gedib və Londonda məskunlaşıb.
Şərifin cəzasına etirazını qiymətləndirən İslamabad Ali Məhkəməsi hökmü ləğv edib və Şərifin günahkar olmadığına qərar verib.
2019-cu ilin noyabr ayından İngiltərədə olan Şerif oktyabrın 21-də ölkəsinə qayıdıb.
Şərif təxminən 4 ildən sonra geri döndüyü Lahorda onun üçün hazırlanmış mitinq meydanında çıxış edərək ümumi seçkilərdə PML-N-nin lideri olacağını bildirib.
Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 11 aprel 2022-ci ildə parlamentdə keçirilən seçkidə 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib və 2023-cü ilin avqust ayına qədər ölkəni idarə edib.
Ümumi seçkilərə qədər ölkəni idarə edəcək müvəqqəti hökumətin baş naziri Ənvarul Hak Kakar 14 avqust 2023-cü ildə and içib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar