Xəbər lenti
Qəzzada öldürülənlərin sayı 21 mini keçib

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra yazılı açıqlamasında Qəzzada son vəziyyətlə bağlı məlumat verib.
Manevr.az-ın xəbərinə görə, Kudra bildirib ki, İsrail qüvvələri son 24 saatda Qəzza zolağında daha 195 fələstinlini öldürüb.
Səhiyyə Nazirliyinin sözçüsü İsrailin 7 oktyabrdan bu yana Qəzzada həyata keçirdiyi hücumlarda həlak olan fələstinlilərin sayının 21 min 110-a, yaralıların sayının isə 55 min 243-ə yüksəldiyini qeyd edib.
İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.
İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 164-ü quru işğalı prosesində olmaqla 498 əsgərinin öldürüldüyünü bildirib.
Noyabrın 24-də 4 gün müddətinə verilən və daha sonra 3 gün daha uzadılan “humanitar fasilə” zamanı 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib.
İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabrdan bəri sərhəddə davam edən qarşıdurmalarda 28 livanlı mülki şəxs, 129 Hizbullah üzvü, 5 İsrail vətəndaşı və 9 İsrail əsgəri həlak olub.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar