Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya hərbçiləri Moskvaya doğru uçan Ukrayna pilotsuz təyyarəsini vurub

Tarix: 22-12-2023 18:09     Baxış: 3207 A- / A+

Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni vurub.
Manevr.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Dekabrın 22-də Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli pilotsuz uçuş aparatı ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynanın PUA-sı Moskva vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - nazirlikdən bildirilib.

Paytaxt meri Sergey Sobyanin dağıntı və tələfat olmadığını bildirib. “Podolsk rayonunda hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan pilotsuz təyyarənin hücumunu dəf edib. İlkin məlumatlara görə, dağıntıların düşdüyü yerdə dağıntı və tələfat olmayıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işləyir”, - mer yazıb.
Dekabrın 22-də Müdafiə Nazirliyi Bryansk və Kaluqa vilayətləri üzərində pilotsuz təyyarələrin məhv edilməsi barədə məlumat yayıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar