Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan müxalifətindən Saakaşvili çağırışı: Həbsxanaya qaytarın

Tarix: 22-12-2023 16:17     Baxış: 3108 A- / A+

Mixail Saakaşvili “Vivamed” özəl klinikasından həbsxanaya qayıtmalıdır.
Manevr.az xəbər verir ki, bu tələblə Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan Naminə” müxalifət partiyası çıxış edib.
Partiya liderlərindən biri, parlament üzvü Mixail Dauşvili keçirdiyi brifinqdə bildirib ki, Saakaşvilinin səhhəti kifayət qədər normaldır və o, qalan cəzanı rahat klinikada deyil, həbsxanada çəkməlidir.
“Bundan başqa, hakimiyyət Gürcüstan vətəndaşı olmayan Saakaşviliyə məhkəmə proseslərində birbaşa iştirak etməklə ölkədə siyasi fəaliyyətlə məşğul olmağa icazə verməklə Konstitusiyanı pozur. Saakaşvili klinikanın palatasından faktiki olaraq canlı olaraq partiya iclasını keçirir, tapşırıqlar, Ukrayna dilində bəyanatlar verir”, - deputat bildirib.
Gürcüstan müxalifətinin digər nümayəndələri “Gürcüstan naminə” partiyasının Saakaşvilinin həbsə qaytarılması tələbini kəskin tənqid edib və bu halda ölkədə siyasi vəziyyətin həddindən artıq gərginləşəcəyini istisna etməyiblər.
Gürcüstan Ədliyyə Nazirliyinin rəhbəri Rati Breqadze dəfələrlə açıq şəkildə bəyan edib ki, Saakaşvili yalnız həkimlərin müvafiq rəyindən sonra həbsxanaya qayıda bilər.
Eks-prezidentin müalicə aldığı klinikasının baş həkimi jurnalistlərə deyib ki, Saakaşvilinin səhhəti "onun daha çox xəstəxanada müalicəsini tələb edir”.
Qeyd edək ki, dekabrın 21-də Saakaşvilinin 56 yaşı tamam olub. O, sosial şəbəkələrdə “güclə dolu” olduğunu və siyasi mübarizəsini davam etdirəcəyini yazıb. Gürcüstan mətbuatı xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson onu ad günü münasibətilə təbrik edib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar