Xəbər lenti
Kaliforniyada əhali tullantı suları içəcək

Bununla bağlı qaydaları ştatın tənzimləyici orqanları təsdiqləyiblər.
Onilliklər ərzində 39 milyondan çox sakinini etibarlı içməli su mənbələri ilə təmin etməyə çalışan dövlət üçün bu, böyük addımdır.
"Kaliforniyada su çox qiymətlidir. Onu bir dəfədən çox istifadə etməyimiz vacibdir", - deyə Kaliforniyada suyun təkrar istifadəsi ilə bağlı təbliğat aparan "WateReuse" təşkilatının direktoru Cennifer Uest bildirib.
Kaliforniya onilliklər ərzində təkrar emal edilmiş tullantı sularından istifadə edir. Məsələn, konkisürmə meydançası bu su ilə doldurur, Soda Sprinqs xizək kurortu ondan qar hazırlamaq üçün istifadə edir, fermerlər isə bu su ilə əkinlərini suvarırlar. Yeni qaydalar su təchizatı agentliklərinə tullantı sularını qəbul etməyə, onları təmizləməyə və içməli su təchizatı sisteminə yönləndirməyə imkan verəcək. Kaliforniya buna icazə verən ikinci ştat olacaq (Kolorado birinci olub).
Ştat daim ekstremal quraqlıqla üzləşir. Ötən il uzun müddət yağış və qarın yağmaması yazlıq əkinlərin qurumasına və ərzaq qiymətlərinin artmasına səbəb olub. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar