Xəbər lenti
Donald Tramp haqqında QƏRAR: "O, prezidentliyə uyğun deyil"

Manevr.az xarici mediaya istinadən bildirir ki, Kolorado Ali Məhkəməsi 4-ə 3 “hə” səsi ilə Trampın gələn il keçiriləcək prezident seçkiləri yarışında Kolorado ştatında səsvermə bülletenində ola bilməyəcəyinə qərar verib. Qərara görə, Respublikaçı namizədlərin yarışacağı 5 mart 2024-cü ildə Koloradoda keçiriləcək ilkin seçkilərdə Trampın adı bülletenlərdə olmayacaq.
Bənddə deyilir ki, “federal və ya əyalət məmuru dövlətə qarşı üsyanda və ya qiyamda iştirak edə və ya dövlətin düşmənlərinə yardım və ya rahatlıq verə bilməz”.
Trampın kampaniya komandalarından biri olan Steven Cheung, Kolorado Ali Məhkəməsinin "tamamilə qüsurlu" qərar verdiyini söylədi.
Steven Cheung Trampın vəkillərinin qərardan dərhal şikayət edəcəklərini və ABŞ Ali Məhkəməsinə müraciət edəcəklərini açıqlayıb. "Demokratik Partiyanın liderləri prezident Trampın səsvermələrdə artan üstünlüyü səbəbindən paranoyadadırlar. Onlar uğursuz prezident Baydenə inamını itiriblər və indi amerikalı seçicilərin onu 2024-cü ilin noyabrında vəzifəsindən uzaqlaşdırmasının qarşısını almaq üçün əllərindən gələni edirlər"- Cheung bildirib.
ABŞ-da daha əvvəl eyni səbəbdən Nyu-Hempşir, Minnesota və Miçiqan ştatlarında Trampın bu ştatlarda praymerizdə yarışmaması ilə bağlı hüquqi təşəbbüslər irəli sürülsə də, heç biri nəticə verməyib.
Sevda
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar