Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Avstraliyada güclü daşqın: Təyyarələr batdı, timsahlar şəhərin ortasında...

Tarix: 18-12-2023 15:37     Baxış: 3151 A- / A+

Avstraliyanın Kvinslend ştatını daşqınlar vurub.

Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, Kvinslend səlahiyyətliləri, ştatın paytaxtı Brisbanın şimalında yerləşən və təxminən 170 min insanın yaşadığı bir turizm mərkəzi olan Cairns şəhərində güclü yağışların bəzi nöqtələrdə daşqınlara səbəb olduğunu bildirib.

Kvinslendin Baş naziri Stiven Mayls açıqlamasında təbii fəlakəti "xatırlaya biləcəyi ən pis hadisə" kimi xarakterizə edib.

Mayls içməli su, kanalizasiya, elektrik, telekommunikasiya və nəqliyyatdan narahat olduqlarını, havadan dəstək ala bilmədiklərini deyib.

Bölgədən çəkilən görüntülərdə Cairns hava limanında batmış təyyarələr, şəhərin ortasında görünən timsah və qayıqlarla evlərini tərk edən insanlar görünür.

Təbii fəlakət nəticəsində indiyədək ölən və ya ciddi xəsarət alanların olmadığı barədə məlumatı paylaşan Kvinslend polis rəisi Katarina Kerroll bəzi insanların evlərinin damında sıxışıb qaldığını qeyd edib.

Səlahiyyətlilər xilas edilən 300-dən çox insanın vertolyotla bölgədən təxliyyə ediləcəyini açıqlayıb.

Güclü yağışların təsirli olduğu bölgədə bu gündən etibarən dəmir yolu nəqliyyatı dayandırılıb, 14 min ev və iş yeri işıqsız qalıb.

Bölgədə magistral yollarda daşqınlar səbəbindən nəqliyyatda da fasilələr var.

Güclü yağışların daha 24 saat davam edəcəyi gözlənilir.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar