Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fransalı deputat: Qəzzada cinayət törədən fransız əsgərləri ədalət qarşısında cavab verməlidir

Tarix: 16-12-2023 22:47     Baxış: 3211 A- / A+

Fransanın "İnadkar Fransa” Partiyasından deputat Tomas Portes Qəzzada hərbi cinayətlər törədən Fransa əsilli İsrail əsgərlərinin ədalət qarşısında cavab vermələrini tələb edib.

Manevr.az xəbər verir ki, deputat X sosial media hesabında verdiyi açıqlamada İsrail ordusunda Qəzzada hərbi cinayətlər törədən 4 mindən çox fransız əsgərinin olduğunu bildirib.

“Europe 1” radiosunun apardığı araşdırmaya istinad edən Portes, Qəzzada İsrail ordusunda 4185 fransız əsilli əsgərin xidmət etdiyini, ABŞ əsilli əsgərlərdən sonra ikinci ən çox əsgərin fransız mənşəli olduğunu qeyd edib.

"İsrail ordusunun Qəzza və İordan çayının qərb sahilində törətdiyi hərbi cinayətləri nəzərə alsaq, Fransa vətəndaşlarının bu cinayətlərdə iştirak etməsi qəbuledilməzdir", Portes deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) bir çox xüsusi məruzəçi vasitəsilə bölgədəki soyqırım riskinə diqqət çəkdiyini xatırladan Portes, İsrailin 7 oktyabrdan bu yana Qəzzaya təşkil etdiyi hücumlarda 18 mindən çox fələstinlinin öldürüldüyünü vurğulayıb.

Portes, bu fransız vətəndaşlarının bölgədə olmasının Fransanın şərəfinə xələl gətirdiyini ifadə edərək, "Fransa (vətəndaşlarının) bu hərbi cinayətdə iştirakını ən sərt şəkildə qınamalıdır" deyib.

Portes ədliyyə naziri Erik Dupond-Morettidən bölgədə müharibə cinayətləri törətmiş ikili vətəndaşlığı olan Fransa vətəndaşlarının Fransa məhkəməsinə gətirilməsini xahiş edib. “Müstəmləkəçilik insanlığa qarşı cinayət olduğu üçün   Fələstin torpaqlarında müstəmləkəçiliyə qatılan Fransa vətəndaşları da ədalət qarşısında əməllərinə görə cavab verməlidirlər”, deputat qeyd edib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar