Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Planeti xilas etmək üçün neft və təbii qaz demonizasiya edilməməlidir - İlon Mask

Tarix: 16-12-2023 22:27     Baxış: 3113 A- / A+

Planeti xilas etmək üçün karbon dioksid emissiyalarını azaltmaq vacibdir, lakin neft və təbii qaz ortamüddətli perspektivdə demonizasiya edilməməlidir.
Manevr.az reuters-ə istinadən xəbər verir ki, bunu Amerikalı ixtiraçı və milyarder İlon Mask deyib.
"İqlim dəyişikliyi ilə bağlı narahatlıq qısa müddətdə həddən artıq çoxalıb" deyən amerikalı milyarder, ekoloji hərəkatın həddindən artıq irəli getdiyini və insanların gələcəyə inamını itirməsinə səbəb ola biləcəyini söyləyib.

Mask özünü ekoloq hesab etdiyini bildirib və əlavə edib ki, uzunmüddətli perspektivdə sənayenin Yerdən götürdüyü və qalıq yanacaqları yandıraraq atmosferə buraxdığı milyardlarla ton karbonu azaltması vacibdir.

Romada İtaliyanın baş naziri Corciya Melonun siyasi partiyasının iclasında çıxış edən milyarder, "Biz orta müddətli perspektivdə neft və qazı şeytanlaşdırmamalıyıq" deyib.

Bu həftənin əvvəlində COP28 iqlim sammitində 200-ə yaxın ölkədən olan nümayəndələr iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq üçün qlobal qalıq yanacaq istehlakını azaltmağa başlamaq barədə razılığa gəliblər ki, bu da neft dövrünün başa çatması deməkdir.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar