Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Çin "Yaogan-41" uzaqdan zondlama peykini orbitə buraxıb

Tarix: 16-12-2023 17:45     Baxış: 3171 A- / A+

Çinin "Yaogan-41" peyki dünən gecə Haynan adasındakı Vinçanq Kosmik Aparatın Uçuş Mərkəzindən "Long March-5 Y6" raketi ilə orbitə buraxılıb.
Manevr.az xəbər verir ki, bu barədə Çinin Sinxua xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, peyk buraxılışdan sonra planlaşdırılmış orbit mövqeyində qərarlaşıb.
Buraxılış Long March raketləri ilə həyata keçirilən 502-ci nəqliyyat missiyasıdır.
Qeyd olunub ki, məsafədən zondlama funksiyasına malik optik peyk kadastr, məhsulun monitorinqi, ətraf mühitin idarə edilməsi, meteoroloji xəbərdarlığın və proqnozlaşdırılması, fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması işlərində istifadə olunacaq.

"Yaogan" Çin dilində "uzaqdan zondlama" deməkdir. Bəzi Qərb mənbələri Yaogan sinifli peyklərin hərbi kəşfiyyat məqsədləri üçün olduğunu və kosmos, kiber və elektron müharibəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun Strateji Dəstək Qüvvələri tərəfindən idarə edildiyini irəli sürür.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar