Xəbər lenti
İranın cənubunda Rusiya istehsalı olan hərbi təyyarə qəzaya uğrayıb

Şənbə günü İranın cənubundakı Fars əyalətində hərbi təyyarənin qəzaya uğramasından sonra hərbi təyyarənin pilotu sağ-salamat atılıb.
Manevr.az bu barədə Tasnim-ə istinadən xəbər verir.
Fars Hava Limanları Təşkilatının baş direktoru Fəxrəddin Keşavarz bildirib ki, hərbi təlim təyyarəsi Kazerun şəhərinin cənub-şərqində, Parisan gölü bölgəsində qəzaya uğrayıb.
Qəzaya səbəbin texniki nasazlıq olduğunu qeyd edən Keşavərz pilotun atma sistemini işə saldıqdan sonra təhlükəsiz yerə endiyini bildirib.
Məlumata görə, qəzaya uğrayan təyyarə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinə məxsus Sukhoi qırıcı təyyarəsi olub.
Eyni Rusiya istehsalı olan döyüş təyyarələrinin iştirakı ilə oxşar qəzalar 2022-ci ilin avqustunda Fars əyalətində və 2022-ci ilin sentyabrında Hormozqan əyalətində baş verib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar