Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Anası Fələstini dəstəklədi, şagird məktəbdən qovuldu...

Tarix: 16-12-2023 11:42     Baxış: 3217 A- / A+

ABŞ-ın Florida ştatında Fələstin əsilli orta məktəb şagirdi anasının sosial şəbəkələrdə Fələstin tərəfdarı olan paylaşımlarına görə dərsdən uzaqlaşdırılıb.

Manevr.az xəbər verir ki, ABŞ mətbuatında verilən məlumatlara görə, Fort Lauderdaledəki Pine Crest məktəbinin şagirdi 15 yaşlı Jad Abuhamda ölkədə anti-Fələstin əhval-ruhiyyəsindən təsirlənən qurbanlara qoşulub.

Abuhamda eyni məktəbdə riyaziyyat müəllimi işləyən anası Maha Almasrinin sosial şəbəkədə İsrailin Qəzzada "kollektiv cəzasını" tənqid etdiyinə görə məktəbdən qovulub.

Məktəb rəhbərliyi tərəfindən edilən yazılı açıqlamada Almasrinin sosial media paylaşımlarının "nifrət və təxribat xarakterli" olduğu iddia edilərkən, Almasri bu iddiaları rədd edərək, paylaşımlarının yalnız Qəzzada baş verən humanitar faciəyə diqqət çəkmək məqsədi daşıdığını bildirib.

Liseyin 2-ci kurs şagirdi Abuhamda bu səbəbdən 10 ildir tələbəsi olduğu məktəbdən qovulmasının haqsızlıq və məyusedici olduğunu vurğulayıb.

ABŞ-ın ən böyük müsəlman vətəndaş cəmiyyəti təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) məsələ ilə bağlı açıqlamasında ABŞ Təhsil Departamentini hadisəni araşdırmağa çağırıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar