Xəbər lenti
Mariya Zaxarovaya kim cavab verməlidir? - Hovhannisyan

Əgər Ermənistanda sağlam, perspektivli institusional müxalifət olsaydı, bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinə dünənki bəyanatla bağlı rəsmi cavab verməyə borclu olardı.
Manevr.az news.am-a istinadən xəbər verir ki, bu barədə “Alternativ layihələr” qrupunun həmtəsisçisi Vahe Hovhannisyan öz məqaləsində yazıb.
“Dövlət marağı tələb edir ki, cavab verən müxalifət olsun, belə ki, Rusiyada qeyd olunsun ki, Ermənistan nəinki avantürist hazırkı iqtidar, həm də fərqli gündəm və baxışa malik müxalifətdir.
Əgər bizdə həqiqətən də Rusiya ilə müttəfiqlik münasibətlərinə böyük önəm verən, münasibətlərin gərginləşməsi riskini anlayan, indiki iqtidardan daha ciddi müxalifət olsaydı, o zaman Rusiya Xarici İşlər Nazirliyinə cavab verməli olardı.
Söhbət Moskvadan “xəbər” gözləməyən, lakin Ermənistan cəmiyyətində bir sıra ciddi problemlərin olduğunu bildirməyi bacaran müxalifətdən gedi. Və biz onları formalaşdırırıq və bu məsələlərin birgə müzakirəsi və həlli yollarının axtarışı Ermənistan-Rusiya gündəliyidir.
Zaxarovanın ifadəsində çoxlu yarı həqiqətlər və yanlış vurğular var. Ermənistanla Rusiya arasında sağlam, müttəfiq münasibətlərini həqiqətən müdafiə edənlər bunu deməyə borcludurlar.
Əks halda, Ermənistandan Rusiyaya iki mesaj göndərilir: ya iqtidaryönlü – “biz sizi yeganə günahkar hesab edirik” və ya əksinə – “nə desəniz, edəcəyik”.
Nəticədə Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi artır. Ümumiyyətlə, ölkədə irrasional ab-hava – çıxılmaz vəziyyət yaranır.
Bu vəziyyətdən çıxmaq üçün bizə yeni formatlar, yeni konsolidasiya sistemləri, yeni ideyalar, yeni yanaşmalar, ideyalar olan yeni komandalar lazımdır”, - Hovhannisyan yazıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar