Dünyanın ən məşhur öncəgörücülərindən biri sayılan Nostradamusun 2024-cü il üçün verdiyi proqnozları üzə çıxıb.
Manevr.az BAKU.WS-a istinadən xəbər verir ki, Kraliça Elizabetin ölümünü proqnozlaşdıran öncəgörücü 2024-cü ildə kral Çarlzın vəzifəsindən uzaqlaşdırılacağını və qlobal iqlim böhranının baş verəcəyini proqnozlaşdırıb.
“Qiyamət kahini” kimi tanınan Nostradamusun kəhanətlərini araşdıran Mario Ridinq Nostradamusun sənədlərdə “Adalar kralı zorla vəzifəsindən uzaqlaşdırılacaq” ifadəsi işlətdiyini deyib. Ridinq bunun yaxın zamanda taxta çıxan Kral Çarlzın vəzifədən uzaqlaşdırılması anlamına gələcəyini iddia edib.
Nostradamusun “Qırmızı düşmənlər qorxudan solğunlaşacaq və Böyük Okeanda təhlükə yaranacaq” kimi bir öncəgörücülüyü də dərc edilib. Bu məlumatda Çinin “qırmızı düşmən” olaraq göstərildiyi, Çinin dənizdə döyüşə girə biləcəyi qeyd olunub.
Nostradamusun sənədlərində aşağıdakı ifadələr yer alırdı:
"Dünya tədricən quruyacaq və biz böyük daşqınlar görəcəyik. Aclıq və quraqlıq baş verəcək".
Nostradamus həmçinin katolik dünyasının 2024-cü ildə yeni Papa seçəcəyini söyləyib. Sənədlərdə "Qoca Papanın ölümündən sonra yeni və gənc romalı seçiləcək. Onu zəif görsələr də, uzun müddət vəzifədə qalacaq" deyilir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar