Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Akopyan: Avrasiya İttifaqına heç bir alternativimiz yoxdur

Tarix: 12-12-2023 20:56     Baxış: 3223 A- / A+
Son bir neçə ildə Ermənistan Respublikası Avrsaiya İqtisadi İttifaqının üzvü olaraq kifayət qədər böyük nailiyyətlərə, o cümlədən iqtisadi uğurlara imza atıb.

Erməni mediası xəbər verir ki, Ermənistan parlamentinin regional və Avrasiya inteqrasiyası üzrə daimi komissiyasının sədri Vaqarşak Akopyan yerli jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, ötən il Ermənistanda 12,7% iqtisadi artım qeydə alınıb və Ermənistan bütün bu nailiyyətlərə Aİİ çərçivəsində fəaliyyət göstərərkən nail olub. “Bizim üçün Aİİ-nin iclaslarında iştirak etmək çox normaldır. Baş nazirin səfərləri barədə rəsmi məlumatı Nazirlər Kabinetinin mənbələrindən və açıqlamalarından alırıq, icazə verin hökumətdəki mənbələrə istinad edim. Mən öz fikrimi bildirdim və hesab edirəm ki, hazırda Aİİ üzvlüyünün bizim üçün alternativi yoxdur”, - deyə Akopyan bildirib.

“Belə olan halda hansı səbbədən Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında etmir?” –deyə yerli media mənsublarından biri erməni deputata sual ünvanlayıb.

“Bilirsiniz ki, son vaxtlar biz KTMT-nin bəzi tədbirlərində iştirak etmirik, bununla bağlı müxtəlif şərhlər var. Nə vaxt KTMT-nin nöqsanları qeydə alınırsa, İrəvan bütün səviyyələrdə bu barədə danışır və dövlət maraqlarından çıxış edir”, - deyə Akopyan belə bir qeyri-müəyyən cavabla kifayətlənib. musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar