Xəbər lenti
Putin namizəd olacaq: bəs prezident ola biləcəkmi?
“Rusiyada seçkilər gələn ilin mart ayında keçiriləcək. Rusiyanın hazırkı Prezidenti Vladimir Putin əsas namizəddir. O, açıq şəkildə olmasa da, kampaniyasına artıq başlayıb”.
Manevr.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Rusiya Prezidenti Vladimir Putinin hərbçilər ilə görüşdə prezident seçkilərində namizəd olacağı haqda sözlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Putinin seçki kampaniyasının əsas elementi “neonasistləri ölkədən təmizləmək” və NATO-ya qarşı mübarizədir:
“Hazırda Putinə alternativ lider görünmür. Yalnız Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədrinin müavini, Putinin yaxın dostu Dmitri Medvedev də hakimiyyətə gələ bilər. Onlar dövlət başçısı postunda indiyədək bir-birlərini bir neçə dəfə əvəz ediblər.
Kənan Novruzov
Rusiya qapalı dövlətdir. Seçkilərin tam şəffaf keçiriləcəyi şübhəlidir. Əksinə, seçkilərin nəticəsinə müdaxilə imkanı var. Putinin hakimiyyətdə qalacağı, yoxsa, onu Medvedevin əvəz edəcəyi xeyli dərəcədə hazırkı proseslərin inkişafından, o cümlədən daxili ictimai rəydən asılıdır.
Qarşıdakı aylarda müharibədə baş verənlər seçkilərin nəticəsinə birbaşa təsir edə bilər. Amma seçkilərin nəticəsinin ciddi dəyişikliyə səbəb olacağını düşünmürəm. Onsuz da Putin də, Medvedev də aşağı – yuxarı eyni siyasəti aparır. Sözsüz ki, ABŞ-Rusiya mübarizəsi bundan sonra da davam edəcək, hətta ola bilsin daha da güclənəcək. Müharibənin isə seçkilərə qədər başa çatması ağlabatan görünmür”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar