Xəbər lenti
Türkiyə və Yunanıstan liderləri razılığa gəldi - Detallar
Türkiyə və Yunanıstan hərbi sahə də daxil olmaqla, etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi barədə razılığa gəliblər.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiryakos Mitsotakis arasında danışıqların yekunu üzrə imzalanmış “Dostluq və mehriban qonşuluq münasibətləri haqqında” Afina bəyannaməsində deyilir.
“Tərəflər daimi, konstruktiv və məzmunluı məsləhətləşmələrdə iştirak etmək, qarşılıqlı maraq doğuran məsələlər üzrə siyasi dialoq və danışıqlar aparmaq barədə razılığa gəliblər", - sənddə deyilir.
Qeyd olunur ki, Türkiyə və Yunanıstan öz aralarında yaranan hər hansı mübahisələri sülh, birbaşa məsləhətləşmələr və ya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulduğu kimi, qarşılıqlı seçim yolu ilə həll etməyə çalışacaqlar:
Sənədə əsaasən, tərəflər bu bəyannaməni pozan və ya nüfuzdan salan, regionunda sülhün və sabitliyin qorunmasına təhlükə yarada bilən hansı bəyanat, təşəbbüs və hərəkətlərdən çəkinməyi öhdələrinə götürüblər. bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar