Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

NASA Aya eniş edəcəyi tarixi açıqlayıb

Tarix: 05-12-2023 09:50     Baxış: 3250 A- / A+

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) yaxın vaxtlarda Aya eniş əməliyyatlarını yenidən bərpa etmək niyyətindədir.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, amerikalı astronavtların 1969-cu ildə Aya ayaq basmasından yarım əsrdən də çox vaxt keçsə də, bu mövzu ilə bağlı ortaya atılan yeni nəzəriyyələrin ardı-arası kəsilmir.
ABŞ-ın səlahiyyətli orqanları bu səfəri yenidən təkrarlamağa hazır olduqlarını və gələn ilin yanvar ayının 25-də Aya kosmik qurğu endirməyi planlaşdırdıqlarını bəyan ediblər. "Pereqrin" adı verilən bu qurğuda insan olmayacağı üçün Aya eniş əməliyyatının bu dəfə elə də həyəcan yaratmayacağı bildirilir.

"Pereqrin" cihazı Aydan müxtəlif nümunələr toplayacaq və gələcəkdə insanlardan ibarət "Artemis" ekspedisiyanın Aya edəcəyi eniş əməliyyatlarının uğurlu olmasına zəmin yaradacaq.
Qeyd edək ki, indiyə qədər Aya yalnız dörd ölkə - ABŞ, SSRİ, Çin və Hindistan uğurla eniş etməyə müvəffəq olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar