Sizin Reklam Burada
Xəbər lenti
27-12-2025
25-12-2025
BÜTÜN XƏBƏRLƏR

“Paşinyan müharibəyə hazırlaşır, ağrılı qərarlar olacaq” - Zakaryan

Tarix: 01-12-2023 22:48     Baxış: 3256 A- / A+
“Nikolun baş nazirliyi dövründə yeni növbədənkənar seçkilərə imkan verilə bilməz. Belə bir şey Ermənistana ağır zərbə olacaq”.

Bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

Zakaryan qeyd edib ki, Nikol Paşinyan 2018-ci ildən bəri üç dəfə baş nazir seçildiyi erkən seçki keçirib, hər dəfə Ermənistan Azərbaycana məğlub olub:

“Siyasi kulislərdə yenidən 2024-cü ildə erkən seçkilərin keçirilməsi mövzusu dolaşmağa başlayıb, bu da planlaşdırılan təhlükəli ssenaridən xəbər verir”.

Onun sözlərinə görə, hər növbədənkənar seçkilərdən sonra Ermənistan Azərbaycan qarşısında ciddi itkilərə məruz qalır:

“Nikolun ətrafı ictimai biganəlik, inzibati resurslardan istifadə və Qərbin gözü qarşısında yeni erkən seçkilərə getmək barədə düşünür. Məqsəd yeni müharibə nəticəsində ağrılı qərarlar qəbul etmək üçün legitimlik qazanmaq və parlament müxalifətini mütləq qərbpərəst və məğlubiyyətçi qüvvələrlə əvəzləməkdir.

Hər üç ildən bir erkən seçki olacaq, nəticədə yeni uğursuzluqlar, itkilər və müharibələr olacaq. Nikolun baş nazirliyi dövründə yeni növbədənkənar seçkilərə icazə verilə bilməz. Belə bir şey Ermənistana ağır zərbə olacaq”. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar