Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ən böyük risk bu üç sahədədir - Taleb

Tarix: 30-11-2023 18:49     Baxış: 3366 A- / A+

Mən bir neçə potensial təhlükə görürəm, bunlardan birincisi epidemiyadır.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, bunu noyabrın 30-da “Elm və Sahibkarlıq Günləri - 2023” forumu çərçivəsində keçirilən mətbuat konfransında filosof, yazıçı və alim Nassim Taleb deyib.

“Mən “Qara qu quşu” kitabımda Coviddən əvvəl epidemiyadan bəhs etmişdim. İkinci proqnoz maliyyə sisteminin dağılması ilə bağlıdır. Mən 2008-ci ildə ABŞ-da baş vermiş böyük maliyyə böhranı haqqında danışmaq istəyirəm. Bu, məsələn, ölümcül xəstəliklərdən daha çox insanların həyatına təsir etdi. Bütün bunların qarşısını almaq üçün tədbirlər görmək lazımdır.
İndi ABŞ-da bəlkə də ən böyük risk daşınmaz əmlak bazarının çökməsidir. Üçüncü risk Qərb ölkələrinin borclarının səviyyəsinin durmadan artmasıdır.
Əgər sizə deyirlərsə ki, əsas risk Çin və ya Ukrayna və Qəzza zolağı ilə bağlıdır, bu, doğru deyil. Ən böyük risk qeyd etdiyim üç sahədədir”, – Taleb bildirib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar