Xəbər lenti
Finlandiya Rusiya ilə sərhədi möhkəmləndirmək üçün NATO-dan kömək istəməyib - Stoltenberq
Finlandiya Rusiya ilə sərhədini möhkəmləndirmək üçün NATO-dan hərbi yardım istəməyib, alyans Helsinkinin bu istiqamətdəki tədbirlərini dəstəkləyir.
Manevr.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin noyabrın 28-29-da Brüsseldə keçiriləcək görüşü ərəfəsində mətbuat konfransında deyib.
“NATO Finlandiyanın Rusiya ilə sərhədini möhkəmləndirmək üçün gördüyü tədbirləri, eləcə də Avropa sərhəd agentliyi Frontex tərəfindən Finlandiyaya göstərdiyi yardımı alqışlayır. Finlandiya sərhədi möhkəmləndirmək üçün NATO-ya müraciət etməyib. Əminəm ki, Finlandiya bu vəziyyəti təkbaşına idarə etmək iqtidarındadır, sərhəd nəzarəti milli hakimiyyət orqanlarının səlahiyyətinə aid olan bir məsələdir”,- o deyib Stoltenberq bildirib ki, o, sərhəddəki miqrasiya vəziyyətinin təfərrüatlarından xəbərsizdir, lakin Rusiya Federasiyasının “
Avropanın digər ölkələrinə təzyiq göstərməyə çalışdığına inanır.
Stoltenberq əlavə edib ki, o, bu mövzuda NATO-ya məlumat verən Finlandiya hakimiyyəti ilə sıx əlaqə saxlayır.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar