Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

3 ölkənin bölüşə bilmədiyi 18 milyard dəyərində dəfinə - ŞƏKİLLƏR

Tarix: 27-11-2023 09:57     Baxış: 4222 A- / A+

1708-ci ildə Karib dənizində batan “San Xose” gəmisinin yeni görüntüləri yayılıb.

Manevr.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həmin görüntülər Kolumbiya ordusu tərəfindən paylaşılıb.

Həmin gəmidə 200 tona yaxın qızıl, gümüş və zümrüd dəfinə olduğu bildirilir.
Gəmidəki xəzinənin 18 milyard dollar dəyərində olduğu önə sürülüb.
2015-ci ildə kəşf edilən gəmi İspaniya, Boliviya və Kolumbiya arasında mübahisələrə səbəb olub. Hər üç ölkə xəzinənin onlara məxsus olduğunu iddia edir.
Belə ki, 1708-ci ildə gəmi batdığı zaman Kolumbiya İspaniya İmperiyasının koloniyası idi. Digər tərəfdən gəmidəki qiymətli materiallar Peru və Boliviyaya aid torpaqlardan toplanıb.
Qeyd edək ki, 300 il əvvəl Karib dənizində İspan gəmiləri ilə Britaniya gəmiləri qarşı-qarşıya gəlib. İki tərəfin donanması arasında baş verən qarşıdurmada İspaniyanın “San Xose” gəmisi batıb.
 
 









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar