Xəbər lenti
Kral Çarlz haqqında ittiham: Ölən minlərlə insanın əmlakını ələ keçirdi
İngiltərə kralı III Çarlz haqqında yeni iddia ortaya atılıb. Britaniyanın “Guardian” qəzeti kral Çarlzın ölən minlərlə insanın əmlakını mirasına köçürdüyünü açıqlayıb.
2022-ci il sentyabrın 8-də anası Kraliça Elizabetin ölümündən sonra taxta çıxan və mayın 6-da Vestminster Abbeyində keçirilən mərasimdə tac taxan Kral Çarlzın vəfat etmiş vətəndaşların mal-dövlətlərini öz mənfəəti üçün istifadə etdiyi ortaya çıxıb.
Manevr.az xarici KİV-ə istinadən bildirir ki, Britaniyanın “Guardian” qəzetinin yazdığına görə, kral Çarlz ölkənin şimal-qərbində ölən minlərlə insanın var-dövlətini ələ keçirməklə var-dövlətini genişləndirir.
Lancaster Hersoqluğunun sənədlərinə çatan qəzetə görə, Kral Çarlz feodal dövründən miras qalan sistem sayəsində vəsiyyətnamə qoymayan və ya varisləri olmayan insanlara məxsus “bona vacantia” kimi tanınan maliyyə aktivlərini ələ keçirə bilər.
Beləliklə, kral Çarlzın minlərlə insanın ölümündən qazanc əldə etdiyi ortaya çıxdı. Bildirilib ki, bu şəxslərin aktivləri həm də kommersiya daşınmaz əmlak imperiyası yaratmaq üçün istifadə olunub.
Lancaster Hersoqluğu adlanan torpaq və yaşayış təşkilatının son illərdə on milyonlarla funt sterlinq topladığı üzə çıxıb. Bununla belə, qurum son 10 ildə qazandığı 60 milyon funt sterlinqin vergilər xaric olan hissəsini dərnəklərə bağışladığını müdafiə edib.
"The Guardian" qəzeti bunun doğru olmadığını, sənədlərə görə əldə edilən milyonlarla funt-sterlinqin kralın mülklərinin inkişafı və kirayəsinə gizli şəkildə xərcləndiyini yazıb.
Əldə edilən sənədlərə görə, Kral Çarlz anası Kraliça Elizabetin ölümündən sonra ona miras qalan Lankaster Hersoqluğundan 26 milyon funt sterlinq alıb.
Ölənlərin yaxınları bu əməli "iyrənc", "şok" və "əxlaqsızlıq" adlandırıblar.
Bukingem Sarayı məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Nigar
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar