Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Güney Azərbaycanda məhbuslara görə imza toplanır - ŞƏKİLm

Tarix: 26-11-2023 09:40     Baxış: 4212 A- / A+
Güney Azərbaycanda məhbusların vəziyyəti ilə bağlı imzatoplama kampaniyasına başlanılıb.
Manevr.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, bir qrup güneyli fəal siyasi məhbuslara dəstək bəyanatı yayıb və siyasi məhbusların haqlarının pozulmasına son qoyulmasını tələb edib.
“Güney Azərbaycanın müxtəlif şəhərlərində kütləvi həbs dalğasının başlamasından iki aydan çox vaxt keçir. Bu ilin sentyabrında neçə-neçə milli-vətəndaş cəmiyyəti üzvü və siyasi fəal, o cümlədən Murtuza Nurməhəmmədi Nadarlı, Davud Şiri, Araz İbrahimnejad, Cavad Sudbar, Əmirhüseyn Ağayi, Əli Babayi, Seyidməhəmmədrza Movəhhed, Mehrdad Qaderi, Hüseyn Azadi, İbrahim Əvəzzadə, Naser Rəzmcu, Sabir Hüseynzadə, Röya Zakeri, Yürüş Mehrəli, Hamed Yeganepur həbs ediliblər.
Təəssüf ki, İran hökuməti hələlik həbslərin səbəbinə aydınlıq gətirmir. Amma narahatlığa əsas səbəb zindanlarda onlara qarşı qanundan kənar davranışlardır.
Fəalların uzun müddət həbsdə qalması və müvəqqəti saxlanma müddətinin dəfələrlə uzadılması, habelə təcridxanada ailələri ilə telefon əlaqəsinə məhdudiyyət və qadağa qoyulması əsas problemlərdəndir.
Bu üzdən bir qrup azərbaycanlı fəal siyasi məhbusların haqlarının pozulmasına son qoyulması üçün onlara dəstək məqsədi ilə imza toplayır”, - deyə bəyanatda bildirilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar