Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

İrlandiya nifrət əleyhinə qanunu modernləşdirəcək

Tarix: 24-11-2023 17:46     Baxış: 3257 A- / A+

Səlahiyyətlilər noyabrın 23-də Dublində baş verən iğtişaşlardan sonra nifrət əleyhinə qanunlara yenidən baxacaqlar.
Manevr.az Reuters-ə istinadən xəbər verir ki, bunu İrlandiyanın Baş naziri Leo Varadkar deyib.
"Gələcək həftələrdə Gardai-yə dünən topladıqları CCTV sübutlarından daha yaxşı istifadə etməyə imkan verəcək yeni qanunlar təqdim edəcəyik, həmçinin nifrət nitqi və ümumiyyətlə, nifrətə qarşı qanunlarımızı modernləşdirəcəyik",- deyə baş nazir izah edib.

O əlavə edib ki, İrlandiya qanunvericiliyi sosial media dövrü üçün çox köhnəlmişdir və həftələr ərzində modernləşdirilməlidir.

Qeyd edək ki, noyabrın 23-də axşam Dublində miqrantın bıçaqla üç uşağa və bir qadına hücum etməsi səbəbindən iğtişaşlar baş verib. Noyabrın 24-ü səhər saatlarında iğtişaşlar sona çatlb.

Hücum edənin əlcəzairli miqrant olduğu güman edilir. Noyabrın 23-ü axşam saatlarında əvvəllər insidentin baş verdiyi Parnell meydanına toplaşan insanlar bir neçə polis əməkdaşına hücum edib, onlara pirotexniki vasitələr ataraq ən azı bir nəfəri yaralayıblar. İğtişaşçılar polis maşınlarından birini də yandırıblar. Poqromlardan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 34 nəfəri saxlayıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar