Xəbər lenti
Avstraliyada yüzlərlə tələbə Fələstinə dəstək üçün dərsləri tərk edib

Avstraliyanın Viktoriya və Yeni Cənubi Uels ştatlarında (NSW) yüzlərlə tələbə Fələstinə dəstək üçün dərsləri tərk edib.
Manevr.az Avstraliya mətbuatına istinadən xəbər verir ki, Viktoriya əyalətində dərsə getməyən yüzlərlə tələbə paytaxt Melburnda küçələrdə gəzib.
Keffiyeh geyinən tələbələr əllərində Fələstin bayraqları və “Uşaqları bombalamaq özünü müdafiə etmək haqqı deyil” yazılı plakatlar tutaraq, “Fələstinə azadlıq” şüarları səsləndiriblər.
Aksiyaya qatılan tələbələrdən Ayvi Qəzzada baş verən “soyqırım”a görə yürüşü təşkil etdiklərini bildirib.
Məktəblərdə daim siyasətin müzakirə edildiyinə diqqət çəkən İvi, İsrailin Fələstinə hücumlarına "susdurulduqlarını" bildirib.
Əlində meqafonla kütləyə müraciət edən bir şagird, "Bu gün biz fələstinlilərin qətliam edildiyi bir vaxtda işlərin həmişəki kimi davam edə bilməyəcəyini söyləmək üçün məktəbdən kütləvi şəkildə çıxdıq" deyib.
Yeni Cənubi Uelsin (NSW) Sidney şəhərində yüzlərlə tələbə Fələstinlə həmrəy olduqlarını göstərmək üçün dərslərə qatılmayıb.
Tələbələr Qəzzada daimi atəşkəs tələb edib və səlahiyyətliləri hücumları dayandırmaq üçün hərəkətə keçməyə çağırıblar.
Digər tərəfdən, yəhudi icmasının bəzi təbəqələri tələbələrin Fələstinə dəstək nümayiş etdirməsini pisləyib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar