Xəbər lenti
Saakaşvili Zurabişvilidən əfv olunmasını istədi

Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili dövlət başçısı Salome Zurabişvilidən əfv olunmasını istəyib.
Manevr.az report-a istinadən xəbər verir ki, o, bu barədə məhkəmə iclasında danışıb.
Saakaşvili bildirib ki, bir müddət Gürcüstandan kənarda olmalıdır:
“Təbii ki, xanım Zurabişvili bir imza ilə atasını uşaqlara qaytara və ən əsası, Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər”.
Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tiflisdəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























