Xəbər lenti
İsrail mətbuatından festival hücumu ilə bağlı diqqətçəkən iddia: Həmas üzvlərinə atəş açarkən mülki şəxslər də vuruldu

Manevr.az xarici KİV-ə istinadən bildirir ki, "Haaretz" qəzeti İsrail təhlükəsizlik rəsmilərinin HƏMAS-ın 7 oktyabrda Qəzzadan həyata keçirdiyi hücumla bağlı verdiyi təhlükəsizlik qiymətləndirməsi ilə bağlı məlumat yayıb.
İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmilərinin HƏMAS üzvlərinin sorğu-sual qeydləri və polisin hadisə ilə bağlı araşdırmasına əsaslanan qiymətləndirməsində, Qəzza zolağı yaxınlığında keçirilən musiqi festivalı ilə bağlı HƏMAS-ın əvvəlcədən məlumatının olmadığı bildirilib.
Təhlükəsizlik rəsmilərinin HƏMAS-ın hücum zamanı pilotsuz təyyarələr və paraşüt elementləri sayəsində musiqi festivalından xəbər tutduğunu və onları rabitə sistemindən istifadə edərək bölgəyə yönəltdiyini təxmin etdiyi bildirilib.
Xəbərə görə, polisin araşdırması nəticəsində məlum olub ki, festival iştirakçılarının əksəriyyəti ilk atəş səsinin eşidilməsinə yarım saat qalmış şənliyin dayandırılmasına qərar verildiyi üçün qaçmağı bacarıb.
Haaretz xəbərləri, araşdırmanın İsrail döyüş helikopterinin HƏMAS üzvlərinə atəş açarkən mülki vətəndaşları vurduğunun da ortaya çıxdığını iddia edərək, bu açıqlamanı verdi:
"Polisdəki mənbənin bildirdiyinə görə, istintaq həmçinin göstərir ki, İsrail ordusuna məxsus döyüş helikopteri hadisə yerinə gəlib və görünür, oradakı terrorçulara atəş açıb, həmçinin bəzi festival iştirakçılarına atəş açıb. Polisin məlumatına görə, festivalda 364 nəfər həlak olub".
İsrailin "Yedioth Ahronoth" qəzeti də oktyabrın 7-də HƏMAS-ın Qəzzadan həyata keçirdiyi hücuma İsrail Hərbi Hava Qüvvələri helikopterlərinin müdaxilə etdiyi anlarla bağlı xəbər yayıb.
İsrail ordusunun müdaxilə zamanı yaşadığı vəziyyətlə bağlı xəbərlərdə bu iddia yer alıb:
"Həmas terrorçularına yavaş-yavaş kütləyə qarışmaq və heç bir halda hərəkət etməmək tapşırılıb. Bu yolla onlar hava qüvvələrini aldatmağa çalışıblar ki, aşağıda olanlar israillidir. Pilotlar kimin terrorçu, kimin israilli olduğunu ayırd etməkdə çətinlik çəkiblər”.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar