Xəbər lenti
23 yaşlı qız "Kainat gözəli" seçildi - ŞƏKİL

Manevr.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Salvadorda keçirilmiş 72-ci beynəlxalq “Kainat gözəli” müsabiqəsinin finalının qalibi nikaraqualı 23 yaşlı Şeynnis Alondra Palasios Kornexo olub.
Tədbir müsabiqənin “YouTube” kanalında yayımlanıb.
“Müsabiqə iştirakçılarını, təşkilatçıları və müxtəlif ölkələrdən gəlmiş qonaqları qəbul etməkdən şərəf duyduq. “Kainat gözəli” müsabiqəsi bizə nəyə qadir olduğumuzu dünyaya göstərmək imkanı verib. Salvadorun intibahının bir parçası olmağı seçdiyiniz üçün təşəkkür edirik”, – Mərkəzi Amerika ölkəsinin Prezidenti Nayib Bukele vurğulayıb.Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsi 2024-cü ildə Meksikada keçiriləcək.
“Kainat gözəli” hər il keçirilən beynəlxalq gözəllik müsabiqəsidir, dünyanın ən nüfuzlu gözəllik yarışmalarından biridir. Bu il tədbirdə 80-dən çox ölkədən qadınlar iştirak edib.
Manevr.az
.png)
.png)
.png)

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar