Uzunluğu üç min km-dən çox olan kabel Çinin üç böyük şəhərlərini birləşdirir: Pekin, Uhan və Quançjou. O, 2023-cü ilin iyul ayında şəbəkəyə qoşulub və bütün sınaqlardan uğurla keçərək tam fəaliyyətə başlayıb. Layihəni Çinin aparıcı təşkilatları, o cümlədən Tsinhua Universiteti, “China Mobile”, “Huawei Technologies” və “Cernet Corporation” icra edib.
Kabel Çinin “Cernet” layihəsinin bir hissəsidir və ölkənin təhsil və elm mərkəzləri arasında yüksəksürətli internet əlaqələrinin yaradılmasına yönəlib. Layihənin özəlliyi ondan ibarətdir ki, kabel üçün bütün proqram təminatı və avadanlıqlar Çində hazırlanıb və istehsal edilib ki, bu da onun xarici şirkətlərdən müstəqilliyini artırır.(oxu.az)