Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur mübahisəsi: Kreml İrəvana Larsla təzyiq edir

Tarix: 10-11-2023 09:30     Baxış: 3245 A- / A+


   
Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir.
Manevr.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Rusiya Gürcüstan üzərindən Yuxarı Lars sərhəd məntəqəsində tez-tez təmir işləri aparmaq bəhanəsiylə Ermənistanla ticarət əlaqələrinə ara verir:
“Bu yoldan qışda istifadə çətinləşir. Yolun tez-tez bağlanması Ermənistan iqtisadiyyatına problemlər yaradır. Bununla Moskva İrəvana mesaj göndərir ki, Ermənistana Rusiya ilə ticarət əlaqəsinin saxlanılması üçün münasib dəmir yolu Azərbaycan üzərindəndir. Ancaq Kreml eyham vurur ki, bu yolun reallaşmasına dəhlizə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirdiyi halda şərait yaradacaq. Çünki Baş nazir Nikol Paşinyan Rusiyadan asılılığı azaltmaq və Qərbə yaxınlaşmaq istəyərkən ölkəsindən keçən kommunikasiya xətlərinin nəzarətini Kremlə vermək istəmir. Beləliklə, Kremllə İrəvan arasında “dəhlizə kim nəzarət edəcək” sualı ətrafında mübahisə davam edir, bizə isə kənardan seyr etmək qalır”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar