Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan hökumət binasından didərgin düşüb - SƏBƏB

Tarix: 09-11-2023 14:27     Baxış: 3353 A- / A+


Paşinyan hökumət binasından didərgin düşüb - SƏBƏB

Baş nazir Nikol Paşinyanın Prezident İqamətgahına köçərək prezidentin kabinetini zəbt etməsindən xeyli vaxt keçsə də, o, buranı tərk etməkə tələsmir.
 
Manevr.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Qeyd edilib ki, Paşinyanın Prezident İqamətgahına köçməsinin səbəbi hökumət binasında növbəti təmir işlərinin aparılması ilə əlaqədardı.
Xatırladılıb ki, təmir işləri may ayında başlayıb. Hökumətdən bildirilmişdi ki, təmir işləri sentyabrın 5-də başa çatacaq.
“Sentyabrdan bir aydan çox vaxt keçib, lakin Nikol Paşinyan hələ də prezident kabinetindəki rahat şəraiti qoyub çıxmır. Görünür, o, burada özünü daha yaxşı qorunan və təhlükəsiz hiss etdiyi üçün iş yerinə qayıtmaq fikrində deyil”, - qəzet yazıb.

“Joğovurd” qeyd edir ki, Paşinyanın hökumət binasına qayıtmaq istəməməsinin səbəbi odur ki, həm müxalifətçilər, həm Qarabağdan köçüb gəlmiş ermənilər, həm də bu hakimiyyətdən narazı olan vətəndaşlar adətən öz aksiyalarını Nazirlər Kabinetinin qarşısında keçirir və onun dincliyini pozurlar.

Qəzet Nikol Paşinyanın öz iqamətgahına nə vaxt qayıdacağı ilə maraqlanıb
 
“Bizə hökumətdən dedilər: “O, hələ də Prezident İqamətgahındadır, amma yaxın günlərdə hökumət binasına keçəcək”".
 
“Joğovurd” onu da bildirib ki, Nikol Paşinyan Prezident İqamətgahında yerləşməsi prezident Vaaqn Xaçaturyanın da ürəyincə deyil.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar