Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Putin üçün yeni kampaniya başladı: təqvim “doldurulur”

Tarix: 05-11-2023 11:27     Baxış: 3444 A- / A+


Vladimir Putin seçki öncəsi kompaniyaya start verib. 2024-cü ildə Rusiyada baş tutacaq prezident seçkilərinə qatılmaq istəyən Putin beşinci dəfə Rusiya Federasiyasına rəhbərlik etmək istəyir.
Manevr.az Axar.az-a istinadən xəbər verir ki, siyasi şərhçi Andrey Pertsev “Meduza”ya açıqlamasında Rusiya Prezident Administrasiyasının Putinin seçiləcəyi 2024-cü ilə keçidi növbəti bayramlarla, tədbirlərlə doldurmaq üçün artıq əməli işə keçdiyini bildirib.
Andrey Pertsev Kremlin “Bu bizdə ailəvidir” adlı ümumrusiya müsabiqəsi planlaşdırdığını da söyləyib. Məqsəd müsabiqə iştirakçılarına ev udmaq və Rusiya ərazilərinə səfərlər etmək imkanı qazandırmaqdır.
Pertsevin sözlərinə görə, müsabiqənin məhz 4 noyabrda reallaşması, həmin gün Rusiya Forumunun işə başlaması Putinin təbliğatı kompaniyasının bir hissəsidir, burada təsadüf ola bilməz.
Andrey Pertsevin iddia etdiyinə görə, artıq Kremldə “sadiq” şəxslərin siyahısı hazırlanır. Siyahıda adı yer alacaq sənətçilərin vəzifəsi isə Rusiya turuna çıxmaq, patriotik ruhda təbliğat aparmaqla Vladimir Putin rejimini müdafiə etməkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar