SSRİ Xalq artisti Alla Puqaçovanın həbs olunması tələb olunur.
Manevr.az bildirir ki, bu barədə “Xalqın çağırışı” təşkilatının rusiyalı ictimai fəalları çağırış edib. Belə ki, sözügedən qrup ifaçının Ukrayna ordusunu maliyyələşdirdiyini iddia edir və buna görə Puqaçovanın dindirilməsini istəyirlər.
““Xalqın çağırışı”nın ictimai fəalları Puqaçovanın “İnternetdə ictimai təhqir” adlı inzibati maddə ilə cəzalandırılmasını da tələb edirlər”, - “Shot” teleqram kanalı qeyd edib.
Bildirilib ki, ictimai təşkilatın nümayəndələri müğənninin fəaliyyətinin araşdırılması xahişi ilə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə və daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət ediblər.
Qeyd edək ki, Alla Puqaçova ötən gün Rusiyaya qayıdıb. Əri, komediya ustası Maksim Qalkin (Rusiyada xarici agent kimi tanınıb) onun yanında olmayıb.
Xatırladaq ki, Puqaçova həyat yoldaşı Maksim Qalkin ilə Rusiya-Ukrayna müharibəsindən sonra İsrailə köçüb. Müğənninin İsrail-HƏMAS müharibəsi başlayandan sonra övladları ilə birlikdə Kiprə köçdüyü haqda məlumatlar yayılmışdı.Sfera.az
Xəbər lenti
Alla Puqaçovanın həbsi tələb olunur – TƏFƏRRÜAT
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar