Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin ilk rəqibi – Rusiya lideri olmaq istəyən o şəxs kimdir?

Tarix: 31-10-2023 14:13     Baxış: 3230 A- / A+

Dövlət Dumasının keçmiş deputatı Boris Nadejdin “Vətəndaş Təşəbbüsü” Partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Manevr.az xəbər verir ki, bununla o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını açıqlayan ilk namizəd olub.
“Vətəndaş təşəbbüsü” Partiyasının siyasi şurasına namizədliyimi irəli sürmək üçün müraciət etmişəm”, - Nadejdin deyib.
Onun sözlərinə görə, partiyanın lideri Andrey Neçayev bu xahişi qəbul edib və namizədliyini təsdiqləyib.
“Vətəndaş Təşəbbüsü” Partiyası Dövlət Dumasında və ya regional parlamentlərdə təmsil olunmur.
Namizədliyi irəli sürmək üçün 100 min imza toplamaq lazımdır.
Nadejdin 53 regionda imzatoplama qərargahının fəaliyyət göstərəcəyini açıqlayıb. O bildirib ki, partiya artıq 100 mindən çox əhalisi olan şəhərlərin siyahısını hazırlayıb. Siyasətçi Şimali Qafqaz və Ukraynanın ilhaq edilmiş ərazilərində imza toplaymayacağını vurğulayıb.
Nadejdin indi Moskva vilayətinin Dolqoprudnı şəhər şurasının üzvüdür. Siyasi karyerasına 1990-1997-ci illərdə deputat olduğu Dolqoprudnı şəhər sovetində başlayıb. 1995-ci ilin dekabrında ikinci çağırış Dövlət Dumasına namizəd kimi iştirak etməyə çalışıb, amma məğlub olub.
1997-1998-ci illərdə baş nazirin birinci müavini, həmçinin prezidentin aparatı rəhbərinin hazırkı birinci müavini Sergey Kirienkonun köməkçisi olub. 1999-cu ildə “Sağ Qüvvələr Birliyi” Partiyasının siyasi şurasına daxil olub, Dövlət Dumasının deputatı seçilib və onun fraksiyasının vitse-prezidenti postunu tutub.
2012-ci il prezident seçkilərində Nadejdin “Ədalətli Rusiya” Partiyasının hazırkı rəhbəri Sergey Mironovun etibarlı adamı idi. 2015-ci ildə hakim “Vahid Rusiya” Partiyasının praymerizində iştirak edib, amma İrina Rodninaya uduzub. 2016-cı il seçkilərində onun namizədliyi “Sağ Qüvvələr” Partiyasından irəli sürülüb, amma partiya Dumaya daxil ola bilməyib. 2019-cu ildə həmin siyasi qüvvənin üzvü olmasa da, “Ədalətli Rusiya”dan Dolqoprudnı Şəhər Şurasının üzvü seçilib.
Seçkilərdə Rusiyanın hazırkı Prezidenti Vladimir Putinin də iştirak edəcəyi gözlənilir.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar