"Vassal" sözü burada təəccüb doğurmamalıdır. Çünki, Kanada Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməklə məşğul olan, yarandığı gündən indiyədək xarici siyasətdə "maşa" rolunu oynayan bir dövlətdir. Bu ölkə sanki ABŞ-nin bir ştatıdır. Hətta, ştat qubernatorlarının Kanada hökumətindən daha çox səlahiyyəti var.

Məlum olduğu kimi, Kanada xarici işlər naziri Melani Coli Ermənistana gedib. O, Azərbaycanı "deportasiya"da ittiham edib və Bakını sanksiyalarla hədələyib. Bir müddət əvvəl Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi ilə özünün diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərən Colinin ölkəmizə qarşı iddialar səsləndirməsi qeyri-adi hal deyil. Bu birbaşa Azərbaycana qarşı qərəzin göstəricisidir.