Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan Ermənistana gizli “qapı” açır? - Abxaziya yolu gündəmdə

Tarix: 28-10-2023 19:58     Baxış: 4394 A- / A+

“Azərbaycan və Ermənistandakı vəziyyət yeni dəmiryolu dəhlizinin işə salınmasına ehtiyac və zəmin yaradıb”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri “Abxaziya prezidenti” Aslan Bjaniya Gürcüstanın işğal olunmuş ərazisi ilə Ermənistana dəmiryolu tranzitinə başlamaq imkanını şərh edərkən deyib.

“Alternativ imkan Dağıstan vasitəsilə yaranır - orada dəmiryolu var. Əgər biz də, gürcü tərəfi də hazır olsa, Abxaziya bu prosesə inteqrasiya oluna bilər. Bu, bizim maraqlarımıza uyğundur”, - deyə o bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Rusiya Dəmir Yollarının (“Rusiya Dəmir Yolları” holdinqi) bir qrup mütəxəssisi Abxaziyaya ikinci dəfə səfər edib və dəmir yolunun Oçamçira hissəsinə baxış keçirib: “Həmin infrastruktur bu gün qismən dağılmış və qəzalı vəziyyətdədir. Ancaq düzəldilə bilər”.

Aslan Bjaniya əlavə edib ki, Rusiya komissiyası Gürcüstan dəmir yolunun bu hissəsinin bərpasının nə qədər başa gələ biləcəyini öyrənmək üçün hesablamalara da başlayıb.

Erməni politoloq Sergey Melkonyan isə deyib ki, əgər bütün regional kommunikasiyaları açılmasından danışılırsa, onda Ermənistan-Gürcüstan-Rusiya dəmir yolundan da danışmaq lazımdır.

Xatırladaq ki, hələ işğal dönəmində Ermənistan blokadanı yarmaq üçün sovet dövründə mövcud olmuş və Abxaziyadan (Gürcüstandan) keçərək onu Rusiya ilə birləşdirən bu dəmiryolunun açılmasına ciddi cəhdlər edib. Lakin rəsmi Tiflis razılıq verməyib. Əsas şərti də Rusiya tərəfindən özünün ərazi bütövlüyünün tanınması olub və Abxaziyanın anlaşmada müstəqil tərəf kimi iştirakından imtina edib. Rusiya isə məlumdur ki, Abxaziyanı “müstəqil dövlət” kimi tanıyıb.

Zəngəzur dəhlizindən boyun qaçıran Ermənistanın arzusu bu dəfə reallaşa bilərmi? Gürcüstan Azərbaycana qarşı belə bir anlaşmaya gedərmi? Ermənistanla münasibətləri gərgin olan Rusiya necə sözügedən dəmiryolunun işə düşməsində maraqlı ola bilərmi?
Politoloq Anar Əliyev bildirdi ki, separatçı Abxaziya rejiminin lideri Aslan Bjaniya Abxaziyadan keçməklə Ermənistan, Gürcüstan və Rusiyanı birləşdirəcək dəmryolunun açılmasından danışıb və bunu alternativ kimi qiymətləndirib. Bu bir neçə istiqamətlərdə avantürist bəyanat olmaqla yanaşı, həm də reallaşması mümkün olmayan çox utopik mövqedir: “Çünki əvvəla, Gürcüstan tərəfi Abxaziyanı öz ərazisi hesab edir və bu gün də separatçılığın, Rusiya tərəfindən işğal faktorunun mövcudluğunu bəyan edir. Bu mənada Gürcüstan tərəfinin Rusiya ilə əlaqələrin qurulmasında yeganə və dəyişilməz mövqeyi Rusiya tərəfindən Gürcüstanın ərazi bütövlüyünün tanınması və separatçı oyuncaq rejimlərə dəstəyin dayandırılması ilə bağlıdır. Belə bir şərt daxilində Gürcüstan və Rusiya arasında dəmiryolları sisteminin inteqrasiyası mümkün ola bilər.

Bu illər ərzində Ermənistan Azərbaycanın ərazilərini işğalda saxladığı dövrdə Gürcüstan vasitəsilə Rusiya ilə dəmiryolu əlaqəsinin quralmasın cəhd edib. Bu istiqamətdə atılan addımlara Gürcüstanın davamlı olaraq əks mövqeyini müşahidə etmişik. Bu, Azərbaycanla münasibətlərdən daha çox Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə prinsipial mövqeyi ilə əlaqədar olub. Çünki Ermənistan təklif etdiyi Abxaziya ərazisindən keçməklə Ermənistanı Rusiya ilə birləşdirəcək dəmiryoluna razılığın verilməsi bir mənada Rusiyanın separatçı rejimlərin müstəqil dövlət və ya Rusiyanın nəzarətində olan ərazilər olaraq qəbullanması kimi başa düşülə bilərdi. Buna görə də mümkün qədər Gürcüstan həmin ideyanın reallaşmasına indiyədək imkan verməyib. Aslan Bjaniyanın indi bu ideyanın həyata keçməsi üçün əlverişli dövr, şərait yetişdiyini bəyan etməsi avantüradır və heç bir halda reallığı əks elətdirmir. Təbii ki, Ermənistan yenə də Gürcüstan vasitəsilə Abxaziyadan keçməklə Rusiya ilə dəmiryolu əlaqəsinin qurulmasını alternativ olaraq görür. Amma reallaşması mümkün olmayan layihədir”.

Politoloq hesab edir ki, Gürcüstan daxilində separatizmin genişlənməsinə xidmət eləyən bu təklif Tiflis tərəfindən sərt reaksiya ilə qarşılanacaq:

“Ermənistan və Rusiya tərəfi, xüsusilə də separatçı Abxaziya rejimi nə qədər bu ideyanın reallaşmasını arzulasa və buna çalışsa da mövcud reallıqlar fonunda Tiflisin öz maraqlarına zidd addımlar atması mümkün deyil. Gürcüstan nə zamansa yaranacaq əlverişli tarixi situasiyalardan düzgün istifadə etməklə ölkə separatizmin kökünün qazılması və ölkə ərazisinin bütövlüyünü təmin edəcəyinə inanır. Ona görə də bu gün separatçılarla hər hansı bir əməkdaşlığa gedilməsi Gürcüstanın strateji planlarına qətiyyən uyğun olmaz”. turkustan.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar