Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Bakı və Ankaranı qəzəbləndirəcək addıma hazırlaşır

Tarix: 27-10-2023 15:35     Baxış: 3244 A- / A+


“Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində Rusiya hərbi bazasına ehtiyac olmadığını vurğulayıb. Rusiya Ermənistandakı 102-ci bazasını məhz Türkiyə görə təsis etmişdi. Buradan Azərbaycanı da Ermənistan vasitəsilə təhdid edirdi”.
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Azərbaycan ərazilərinin işğalda saxlanılmasında 102-ci bazanın rolu olub:
“İkinci Qarabağ müharibəsindən sonra yeni siyasi konfiqurasiya qurulur. Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi bitib, Ermənistan məğlub olaraq öz sərhədlərinə çəkilib. Türkiyə ilə Ermənistan arasında da normallaşma prosesi başlayıb. Belə olan təqdirdə 102-ci bazanın Ermənistan üçün əhəmiyyəti yoxdur.
Paşinyan Rusiyanın orbitindən çıxıb, hərbi bazanın bağlanmasına gedəcək. Amma Rusiyanı hər hansı bir dövlətlə əvəz edib, Qərbin Ermənistanda hərbi bazasını təsis etsə, bu, regionda yeni böhrana səbəb olacaq. Nəticədə Türkiyə və Azərbaycanla əlaqələr normallaşmayacaq.
Ümumilikdə fikrimcə, Ermənistan regionda yeni militarist siyasət aparır və Paşinyanın sülh çağırışları imitasiyadır”.globalinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar