Xəbər lenti
Suriya ssenarisi işə düşür - Rusiya Ermənistanı cəzalandıracaq
.png)
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra da Ermənistanın bu kimi addımlarını görmüşük:
“Bir növ nəsə almaq üçün Rusiyanı şantaj edir. Regional müstəvidə sülh məsələsi imzalanacaqsa, Paşinyan istəyir ki, prosesdə Rusiyanın dəstəyini alsın. Hazırda Türkiyə, Azərbaycan, Rusiya və Ermənistandan ibarət dördtərəfli format gündəmdədir. İran faktoru da var. Amma İran dördtərəfli formata o qədər də müdaxilə edə bilmir.

“Hələ də Ermənistan ordusunda Rusiyanın təsir dairəsi var. Məsələn, Kreml istənilən vaxt ordudakı qruplaşmasını işə salıb Azərbaycanla sərhəddə təxribat törədə, rəsmi Bakı da məcbur olaraq buna cavab verə bilər. Bu isə eskalasiya deməkdir, hansı ki, Paşinyanın əleyhinədir.
Ermənistana Rusiyadan uzaqlaşmaq üçün praktiki bəhanə və ya səbəb lazımdır. Məsələn, Azərbaycanla yeni toqquşma olarsa, Ermənistan deyə bilər ki, KTMT, Rusiya öhdəliyin yerinə yetirmir, nəticədə təhlükəsizlik qalxanını Avropaya verəcək. Bu durumda Rusiya hansısa formada müdaxilə edəcək, yəni Ermənistanda ayaqaltı olacaq. Bu, Ukraynadan daha çox, suriyalaşma ssenarisi ola bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar