Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”

Tarix: 26-10-2023 08:02     Baxış: 4291 A- / A+
“İsrail ordusu Qəzza zolağında əməliyyatın yerüstü mərhələsinə hazırlıqlarını davam etdirir, lakin onun başlamasının dəqiq vaxtı barədə danışmaq tezdir.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciətində deyib.

Onun sözlərinə görə, İsrail Fələstinin radikal HƏMAS hərəkatının hədəflərinə atəş açmaqla minlərlə terrorçunu zərərsizləşdirib:

“Bu, hələ başlanğıcdır. Bundan əlavə, yerüstü əməliyyatlara da hazırlaşırıq. Bunun nə vaxt, necə olacağını deməyəcəyəm, nəzərə aldığımız bütün amilləri açıqlamayacağam. Onların əksəriyyəti ictimaiyyətə məlum deyil”.

Netanyahu təsdiqləyib ki, Qəzza zolağında əməliyyatın əsas məqsədləri dəyişməz qalır: HƏMAS-ın inzibati strukturunun və hərbi potensialının tamamilə aradan qaldırılması və anklavda saxlanılan bütün girovların azad edilməsi.

O vurğulayıb ki, İsrailin hərbi-siyasi rəhbərliyi “qələbəyə qədər öz məqsədlərinə çatmaq üçün gecə-gündüz işləyir”:

“Burada heç bir siyasi faktor yoxdur, bizim qarşımızda yalnız bir vəzifə var - ölkəni xilas etmək, qələbəyə nail olmaq. Yerüstü əməliyyatın başlama vaxtı ilə bağlı qərarı ölkənin Nazirlər Kabineti və Ordu Baş Qərargahı yekdilliklə qəbul edəcək. Biz döyüşçülərimiz üçün optimal şəraitin təmin edilməsi üçün hər şeyi edirik”. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar