Xəbər lenti
Almaniya Ukraynanın enerji sektoru üçün təxminən 200 milyon avro bağışlayacaq

Almaniya qış mövsümündən əvvəl Ukraynanın enerji şirkətlərinin ehtiyacları üçün əlavə 195 milyon avro ayıracaq.
Manevr.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi öz saytında məlumat yayıb.
Qeyd olunur ki, çərşənbə günü Berlində Ukrayna baş nazirinin müavini Aleksandr Kubrakov ilə aparılan danışıqlarda Almaniya nazirliyinin rəhbəri Svenya Şultse əmin edib ki, Almaniya hökuməti Ukraynaya mühüm enerji infrastrukturunun qorunmasında və iqtisadi inkişafın təmin edilməsində bundan sonra da dəstək verəcək.
Ümumilikdə, Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Ukraynaya işğaldan sonra verdiyi dəstək təxminən 1,2 milyard avro təşkil edib.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar