Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İsrail Qəzzaya 12 min ton bomba atdı - Ölənlərin sayı 5791 nəfərə çatdı

Tarix: 25-10-2023 11:29     Baxış: 3250 A- / A+
İsrail-Həmas savaşında 19. gün! İsrail, Gazze'ye 12 min ton bomba yağdırdı

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına etdiyi hücumlarda təxminən atom bombasının gücünə bərabər olan 12 min tondan çox partlayıcıdan istifadə etdiyi açıqlanıb. Qəzza zolağına edilən son hücumlarla ölənlərin sayı 5 min 791-ə yüksəlib.

İsrailin 18 gündür bombardman etdiyi blokada altındakı Qəzza zolağında ölən mülki vətəndaşların sayı son 24 saatda 704 nəfər artaraq 5791-ə çatıb.
Manevr.az-ın xarici mediaya istinadən xəbər verir ki, Fələstin hökumətindən verilən açıqlamada, "İsrailin 7 oktyabrdan bəri Qəzzəyə 12 min tondan çox partlayıcı ilə hücum etdiyi, hər kvadrat kilometrə təxminən 33 ton partlayıcının olduğu" qeyd edilib.

Qəzzaya atılan ümumi partlayıcının gücünə diqqət çəkilərkən, İsrailin indiyədək Qəzzada istifadə etdiyi partlayıcıların miqdarının ABŞ-ın İkinci dünya müharibəsində Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombasının gücünə demək olar ki, bərabər olduğu vurğulanıb. .

Qəzza zolağında hər 100 nəfərdən birinin İsrailin hücumları nəticəsində öldüyü və ya yaralandığı qeyd edilib.

Nigar
Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar