Xəbər lenti
Fransa və Ermənistan hərbi əməkdaşlığa dair sənədlər imzaladılar
“Əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemlərinin əldə edilməsi, hərbi təhsil, təlim, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər sahələr qeyd edilib. Əməkdaşlığımızın hazırkı vəziyyəti yüksək qiymətləndirilib. Müdafiə sahəsində əməkdaşlığın inkişafına hərtərəfli dəstəyə görə mən Fransa tərəfinə minnətdarlığımı bildirdim”.
Göründüyü kimi, Fransa növbəti dəfə beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq, Ermənistanı kütləvi silahlandırmaq proqramını reallaşdırmağa çalışır. Regionda sülh və sabitliyə mane olmağı hədəfləyən Fransa prezidenti Emmanuel Makron hökuməti bu çirkin planını reallaşdırmaq üçün hər cür addımlar atmaqda davam edir.
Beləliklə, Fransa Ermənistana silah sataraq ölkəni Azərbaycana qarşı yeni müharibəyə təhrik edir və Ermənistanda revanşizmi gücləndirməklə bölgədə gərginliyi daha da artırmaqda maraqlı olduğunu gizlədə bilmir. Açıq-aşkar məlumdur ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması rəsmi Parisin maraqlarına xidmət etmir.
Qərb ölkələri anlamalıdır ki, Ermənistana əlavə silahlar vermək planı rəsmi Paris tərəfindən son dərəcə məsuliyyətsiz bir işdir. Avropa dövlətləri, onun müxtəlif təşkilatları, sülhü təbliğ edən qurumları, o cümlədən, Birləşmiş Ştatlar Fransanın Ermənistanı birtərəfli qaydada silahlandırmaq planına reaksiya verməlidirlər.
Xatırladaq ki, oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya gedib. Bundan başqa, Fransanın müdafiə naziri bir qədər əvvəl Ermənistana "müdafiə xarakterli" silah-sursat və hərbi texnikanın satılacağını bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar