Xəbər lenti
İsraildə sorğuda iştirak edənlərin 66 faizi Netanyahunun istefasını istəyir
İsraildə keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 66 faizi oktyabrın 7-də buraxılan səhvlərə görə baş nazir Benyamin Netanyahunun müharibədən sonra istefa verməsini istəyir.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin “Yediot Ahronot” qəzeti ölkədə yaşı 18-dən yuxarı olan 1442 nəfərin iştirak etdiyi rəy sorğusunun nəticələrini paylaşıb.
Sözügedən sorğuya görə, respondentlərin 75 faizi oktyabrın 7-də HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən başlanan Əl-Əqsa daşqını hücumlarında baş nazir Netanyahunun İsraildəki təhlükəsizlik boşluğundan məsul olduğuna inanır.
Rəyi soruşulanların 66 faizi Netanyahunun müharibədən sonra istefa verməsini, 64 faizi isə müharibədən sonra İsrail parlamentinin buraxılmasını və ümumi seçkilərin keçirilməsini istəyir.
Əvvəlki seçkilərdə Netanyahunun Likud partiyasına səs verdiyini deyənlərin 45 faizi seçkilərin müharibədən dərhal sonra keçirilməsini istəyir.
“Yedioth Ahronoth” qəzeti bu gün dərc etdiyi xəbərdə blokada altındakı Qəzza zolağında baş verən hazırkı hadisələrlə bağlı Netanyahu ilə İsrail ordusu arasında etimad böhranı olduğunu yazıb.
Haaretz qəzetində dünən dərc olunan xəbərdə Netanyahunun oktyabrın 7-də baş verəcək hücumları proqnozlaşdırmamaq məsuliyyətindən qaçmağa çalışdığı və bu məsuliyyəti İsrail ordusunun üzərinə qoyduğu bildirilib.
Nigar
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar