Sizin Reklam Burada
Xəbər lenti
16-09-2026
15-09-2026
BÜTÜN XƏBƏRLƏR

İslam Kərimov insult keçirib xəstəxanalıq oldu

Tarix: 28-08-2016 21:02     Baxış: 2590 A- / A+
İslam Kərimov insult keçirib xəstəxanalıq oldu

Özbəkistan prezidenti İslam Kərimov xəstəxanaya yerləşdirilib.

Özbəkistan prezidenti İslam Kərimov avqustun 27-də insult keçirdiyinə görə xəstəxanaya yerləşdirilib. Bu barədə “Fərqanə” agentliyi Daşkənddəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, prezidentin Daşkənddəki iqamətgahı milis və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən üçqat əhatəyə alınıb.

Mənbənin sözlərinə görə, Daşkəndə xarici ölkədən prezidentin xəstəliyi barədə məlumatlı olan həkimlər gəliblər.

”Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, prezidentin səhhəti ilə bağlı tam tibbi müayinə və sonrakı müalicə müəyyən zaman tələb edəcək.

Bu barədə Nazirlər Kabinetinin məlumatında bildirilir.

Açıqlamada Özbəkistan dövlət başçısının xəstəliyi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, İslam Kərimovun 78 yaşı var.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar