Xəbər lenti
Rusiyanın Ukraynadakı "daimi itkiləri" 190 minə çata bilər - Britaniya kəşfiyyatı
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından bu yana rus ordusu 190 minə qədər əsgərini itirib və ölüb.
Manevr.az xəbər verir ki, bu barədə X-də (keçmiş Twitter) Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyinin hesablamalarına görə, Rusiya ordusunun Avdiivka istiqamətində həyata keçirdiyi son hücumlar Rusiyanın döyüş meydanında itkilərinin 90 faiz artmasına səbəb olub.
Britaniya kəşfiyyatı qeyd edir ki, 2022-ci ilin fevral ayından etibarən Rusiya maddi təşviqlərdən və 2022-ci ilin payızında həyata keçirilən qismən səfərbərlikdən istifadə edərək işə qəbulu intensivləşdirməklə Ukraynada qurudakı qüvvəsini əhəmiyyətli dərəcədə artırıb.
Britaniyanın Müdafiə Nazirliyinə görə, şəxsi heyətin bu artımı Rusiyanın həm nəzarətdə olan əraziləri müdafiə etmək, həm də bahalı hücumlar həyata keçirmək qabiliyyətinin əsas amilidir.
“Çox güman ki, Rusiya münaqişə başlayandan bəri 150,000-190,000 daimi itki (ölmüş və daimi yaralanmış) verib, ümumi rəqəm, bölgədə müvəqqəti yaralılar (sağanan və müəyyən dərəcədə döyüş meydanına qayıtmaq şərtilə) daxil olmaqla 240 000-290 000” nəfərdir, - hesabatda deyilir.
İngiltərə Müdafiə Nazirliyi bu hesablamalara Vaqner Qrupunun muzdluları və ya onların Baxmutda döyüşən əsir batalyonlarını daxil etmədiyini açıqlayıb.
Britaniya kəşfiyyatı öz əvvəlki icmalında Rusiya prezidenti Vladimir Putinin Qara dəniz bölgəsində patrul etmək üçün “Kinjal” raketləri daşıyan MiQ-31 qırıcılarını yerləşdirmək niyyəti barədə bəyanatını təhlil edib. Britaniya kəşfiyyatı bildirir ki, Kinjal raketlərinin performansı indiyədək Ukraynada zəif olub.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar