Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Argentinada prezident və parlament seçkiləri keçiriləcək

Tarix: 22-10-2023 10:44     Baxış: 3230 A- / A+
Bazar günü Argentinada prezident və parlament seçkiləri keçiriləcək.

Ölkə vətəndaşları prezidentlə yanaşı Konqresə 130 deputat və 24 senator seçəcəklər.

Ən yüksək dövlət postu uğrunda beş namizəd yarışır. Əsas mübarizə hakim “Vətən naminə birlik” koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa, müxalifətin ən böyük koalisiyası “Dəyişiklik naminə birlikdə”ni təmsil edən keçmiş təhlükəsizlik naziri Patrisiya Bullriç və “Azadlıq gəlir” alyansına daxil Libertarian Partiyasının sədri deputat Xavyer Miley arasında gedəcək. Bundan başqa, prezident postu uğrunda Kordoba əyalətinin qubernatoru Xuan Skyaretti və “Sol və İşçilər Cəbhəsi” koalisiyasını təmsil edən deputat Miriam Breqman mübarizə aparır.

Dəstək reytinqi 20%-dən də aşağı düşmüş hazırkı dövlət başçısı Alberto Fernandes hələ aprel ayında konstitusiya ona icazə versə də, yeni müddətə namizəd olmayacağını açıqlamışdı.

Seçkilər koronavirus pandemiyası və Argentina tarixindəki ən pis quraqlıqlardan biri fonunda pisləşən iqtisadi böhran şəraitində keçirilir. İlin sonunda ölkədə inflyasiyanın azı 100 % olacağı gözlənilir. Ölkədə yoxsulluğun səviyyəsi 40 faizdir.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 15:00-da) açılacaq və saat 18:00-a qədər (Bakı vaxtı ilə 01:00-dək) açıq qalacaq. Səsvermə 16 yaşdan yuxarı bütün Argentina vətəndaşları üçün məcburidir. İlkin nəticələr həmin gün axşam elan olunacaq. oxu.az

 Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar