Manevr.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Finlandiya Sərhəd Mühafizəsi yayıb.
Finlandiya hökuməti 2023-cü ildə hasarın tikintisi üçün 139 milyon avro ayırıb. Sərhədçilərin fikrincə, bu məbləğ təxminən 70 kilometr uzunluğunda səddin tikintisinə kifayət edəcək.
Səlahiyyətlilər hələlik konkret tikinti sahələrinin adını çəkməyib. Bildirilib ki, torpaq mülkiyyətçiləri noyabr ayında əlavə bildirişlər alacaqlar.